Jurnalistləri Paşinyanın yanına BURAXMADILAR

İyunun 4-də Baş nazir Nikol Paşinyanın çıxış etdiyi Ermənistan parlamentinin kiçik iclas zalına mətbuat nümayəndələri buraxılmayıb.
“Cebheinfo.az” xəbər verir ki, Milli Assambleyanın daimi komissiyalarında “Ermənistan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” illik hesabatın ilkin müzakirələri başlayıb. Müzakirələr deputatların, Mərkəzi Bankın nümayəndələrinin, eləcə də hökumət üzvlərinin iştirakı ilə keçirilir.
Erməni mətbuatı yazır ki, indiki hakimiyyət tərəfindən mətbuat nümayəndələrinə belə münasibət əvvəllər də qeyd olunub.Ermənistan Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ilin sonuna respublikanın dövlət büdcəsinin icrası gəlirlər üzrə 95,8%, xərclər üzrə isə 93,9% təşkil edib.
Eyni zamanda, ölkənin əsas maliyyə sənədinin düzəliş edilmiş göstəricilərində gəlirlər 2,72 trilyon dramdan (təxminən 6,9 milyard dollar) çox, xərcləri isə 3,18 trilyon dramdan çox nəzərdə tutulub.2024-cü ilin sonunda dövlət borcu təxminən 5,093 trilyon dram (təxminən 12,8 milyard dollar) təşkil edib ki, bu da ÜDM-in 48,3%-nə bərabərdir.
Xəzər
“Cebheinfo.az”