Pakistanda avtomobil dərəyə yuvarlanıb: Bir ailənin 8 üzvü həlak olub

Pakistanda avtomobilin dərəyə aşması nəticəsində bir ailənin səkkiz üzvü həyatını itirib.
APA "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində baş verib.
Hadisə nəticəsində avtomobildə olan səkkiz nəfər həlak olub, onlardan dördü uşaqdır.
Qəzanın səbəbləri araşdırılır.
"Cebheinfo.az"