Roberto Mançini İtaliya nəhəngini çalışdıra bilər

İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini "Milan"ı çalışdıra bilər.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, Mançini "Milan"ın baş məşqçisi vəzifəsinə əsas namizədlərdəndir. Yayda klub komandanın hazırkı baş məşqçisi Serxio Konseysao ilə əməkdaşlığa son qoymağı planlaşdırır.
Roberto Mançininin son iş yeri ötən ilin oktyabr ayının sonunda tərk etdiyi Səudiyyə Ərəbistanının milli komandası olub.
"Cebheinfo.az"