Mahir Emreli Berlin klubunun təklifini geri çevirdi

"Nürnberq"də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli II Bundesliqanın digər təmsilçisinin təklifini rədd edib.
"Cebheinfo.az" oxu.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu "Herta" (Berlin) kollektivindən gələn təklifə "yox" deyib. Forvardın hələlik karyerası ilə bağlı qərar vermədiyi bildirilib.
Qeyd edək ki, Mahir Emreli mövsümün əvvəlindən "Nürnberq"də çıxış edir.
"Cebheinfo.az"