Qubada 36 yaşlı kişi özünü asdı

Qubada intihar hadisəsi olub.
"Cebheinfo.az" Lent.az-a istinadən xəbər verir ki, hadisə səhər saat 7 radələrində Qalayxudat kəndində baş verib.
Kənd sakini, 36 yaşlı Ədalət Gülməddin oğlu Sultanov yaşadığı evin həyətində özünü asıb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"