"Ənsar Allah" ABŞ-yə ultimatum ünvanladı

"Ənsar Allah" ABŞ-yə ultimatum ünvanladı

Yəmənin "Ənsar Allah" hərəkatı ABŞ neftini daşıyan ticarət gəmilərinə xəbərdarlıq ünvanlayıb.

Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.

Xəbərdarlıqda qeyd olunub ki, Birləşmiş Ştatlar neftini daşıyan istənilən gəmi vurulacaq.

Hərəkat qərarın ABŞ-nin Yəməndə həyata keçirdiyi hərbi kampaniyaya cavab olaraq verildiyini açıqlayıb.

"Onların gəmiləri Qırmızı dəniz, Bab əl-Məndəb boğazı, Ədən körfəzi, Ərəb dənizi və Hind okeanından keçə bilməyəcək. Bu gəmilər Yəmən silahlı qüvvələrinin əli çatdığı istənilən bölgədə hədəfə çevriləcək", - deyə "Ənsar Allah"ın yaydığı bəyanatda qeyd olunur.

"Cebheinfo.az"