Keçmiş baş nazirə 34 il həbs cəzası

Keçmiş baş nazirə 34 il həbs cəzası

Tunisin keçmiş baş naziri və "Ənnahda Hərəkatı"nın sədr müavini Əli əl-Ureyd terrorla bağlı müxtəlif ittihamlarla 34 il müddətinə azadlıqdan məhrum edilib.

"Cebheinfo.az" xəbər verir ki, Tunis rəsmi agentliyinin (TAP) məhkəmə mənbələrinin verdiyi məlumata görə, Ureyd və daha 8 müttəhim “terror təşkilatının yaradılmasına köməklik etmək, ölkə ərazisində terror təşkilatına qoşulmaq və Tunisli gəncləri terror təşkilatına üzv olmaq üçün xaricə göndərmək” maddələri ilə ittiham edilib.

Bildirilib ki, Ureyd ittiham olunduğu cinayətlərə görə 34 il müddətinə azadlıqdan məhrum edilib.Mühakimə olunan digər müttəhimlərin Fethi el-Beldi, Abdulkerim el-Abidi, Nureddin Ganduz, Lütfi el-Hammami, Hişam es-Saadi, Sami el-Shaar və Seyfeddin er-Ras olduğu və müttəhimlərə 18 ildən 36 ilə qədər həbs cəzası verildiyi açıqlanıb.

İctimaiyyət arasında “insan alveri işi” kimi tanınan məhkəmə prosesində müttəhimlər İŞİD terror təşkilatının fəaliyyət göstərdiyi ərazilərə qeyri-qanuni insan alverində ittiham olunurlar.

Nigar
"Cebheinfo.az"