“Galatasaray” öz meydanında asan qələbə qazanıb

Türkiyə Super Liqasında XXXIV turun oyunları davam edir.
"Cebheinfo.az" xəbər verir ki, turun ilk matçında "Alanyaspor" "Kayserispor"la qarşılaşıb.
Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Turun digər oyununda isə lider "Qalatasaray" öz meydanında "Sivasspor"la üz-üzə gəlib. 5 qolun vurulduğu matçda ev sahibləri rəqibini 4:1 hesabı ilə darmadağın etməyi bacarıb.
"Cebheinfo.az"