Peskov: "London Ukrayna münaqişəsinin həllində vasitəçilik edə bilməz"

Böyük Britaniya Ukrayna münaqişəsində birtərəfli mövqe tutub, ona görə də vasitəçi ola bilməz.
"Cebheinfo.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
D.Peskov fikrinin davamında vurğulayıb ki, London indiyə qədər xüsusi olaraq vasitəçi roluna iddia da etməyib.
"Vasitəçi münaqişə tərəfləri ilə münasibətdə bərabər məsafədə dayanan tərəf ola bilər. London həmin tərəf deyil və ola da bilməz", - deyə D.Peskov əlavə edib.
"Cebheinfo.az"