"Bavariya" -"Leypziq" oyununda qapılara altı qol vuruldu

"Bavariya" -"Leypziq" oyununda qapılara altı qol vuruldu

Almaniya Bundesliqasının 32-ci turunda "Bavariya" (Münhen) "RB Leypziq"in qonağı olub .

"Cebheinfo.az" xəbər verir ki, dramatik oyun 3:3 hesabı ilə başa çatıb.

"Bavariya" qalib gələcəyi təqdirdə çempionluğu turnirin bitməsinə iki tur qalmış rəsmiləşdirəcəkdi.

Bu nəticədən sonra "Bavariya" xallarının sayını 76-ya çatdırıb. İkinci pillədə qərarlaşan "Bayer Leverkuzen"in 31 oyundan sonra 67 xalı var.

https://t.me/siqnalxeber/1243?single

"Cebheinfo.az"