"Araz-Naxçıvan" Premyer Liqanın XXXIII turunda "Sabah"la heç-heçəyə razılaşıb
Futbol üzrə Misli Premyer Liqasının XXXIII turunda üz-üzə gələn "Araz-Naxçıvan" və "Sabah" kollektivlərinin duelində qalib müəyyənləşməyib.
"Cebheinfo.az" xəbər verir ki, “Liv Bona Dea Arena"da keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Meydan sahiblərinin heyətində Ülvi İsgəndərov (20), qonaq komandadan isə Vinsent Till (43) adını tabloya yazdırıb.
Naxçıvan təmsilçisi 55 xalla üçüncü, 41 xalı olan "Sabah" isə beşincidir.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0. "Şamaxı" - "Səbail" qarşılaşmasında isə 1:1 hesabı ilə başa çatıb.
"Cebheinfo.az"