Orbakayte bunu məhkəmə yolu ilə həll edəcək

Rusiyanın Əməkdar artisti Kristina Orbakayte Latviya hakimiyyətinin milli təhlükəsizlik səbəbi ilə ölkəyə girişinə qadağa qoyulması qərarına cavab verib.
"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, 53 yaşlı sənətçi nəinki latviyalı pərəstişkarları üçün çıxış etmək (yay konsertləri planlaşdırılıb), həm də Boris Moiseyevin ona verdiyi mənzildə Riqa dənizi sahilində dincəlmək imkanını itirib. Sonuncu, şayiələrə görə, o, hətta həbs edilə bilər.
Orbakayte qadağanı təkcə onun hüquqlarının deyil, həm də beynəlxalq norma və prinsiplərin, o cümlədən söz azadlığı prinsipinin pozulması kimi qiymətləndirib
"İşim siyasətdən kənardır. Heç vaxt siyasi konfliktləri dəstəkləməmişəm və iştirak etməmişəm. Həmişə musiqinin, teatrın, incəsənətin dilində danışmışam... Musiqi silah deyil. O, sağaldır, birləşdirir, siyasətçilərin divar hördüyü yerdə körpülər yaradır. Məyus oldum, amma dialoqa, ağıla və insani dəyərlərə inamımı itirməmişəm" deyə, müğənni bildirib.
Kristina bunu məhkəmə yolu ilə həll edəcəyini vurğulayıb:
"Bu, təkcə şəxsi ədalət deyil, həm də prinsip məsələsidir: incəsənətin sərhədləri olmamalıdır".
Qeyd edək ki, Latviyanın Dövlət Təhlükəsizlik Xidməti Kristinanın və serb musiqiçisi-bəstəkarı Qoran Breqoviçin respublikaya girişinə qadağa qoyub. Bu barədə Latviya dövlət televiziya və radiosunun LSM portalı məlumat yayıb. Xüsusi xidmət bu ifaçıların çıxışlarının Latviyanın milli təhlükəsizliyinin maraqlarına uyğun olmadığını iddia edib.
"Cebheinfo.az"