Paşinyan qalmaqallı mənzilini 45 milyona SATDI

Paşinyan qalmaqallı mənzilini 45 milyona SATDI

“Hraparak” qəzetininin yazdığına görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın “estate.am” saytında satışa çıxarılmış mənzilinə müştəri tapılıb.

“Cebheinfo.az" xəbər verir ki, mənzil İrəvan şəhərindəki “Rodina” kinoteatrının yaxınlığında, Qaregin Njde 29 ünvanında yerləşir.

Nikol Paşinyan mətbuat konfranslarının birində mənzili istədikləri qiymətə sata bilmədiklərini bildirib. 

“Bu il isə ailə podkastlarından birində o, podkast üçün lazım olan pulu mənzillərinin satışından əldə edilən gəlirdən ödədiklərini deyib. Mənzili 2024-cü ildə satmağa nail olublar və onun Annanın mülkü olduğunu bildiriblər. 

Anna Akopyan bu mənzili 2024-cü ilə dair gəlir bəyannaməsində qeyd edib. Adı Marina Alberti Ruds olan alıcı haqqında ictimaiyyətə geniş heç nə məlum deyil. Üstəlik, o, Ermənistan Respublikasının seçicilər reyestrində qeyd edilməyib”. 

“Hraparak” Marina Alberti Rudsun Ermənistan vətəndaşı olmadığını yazır.

“Üçotaqlı mənzil 45 milyon 500 min drama satılıb. Bu ərazi üçün kifayət qədər yaxşı qiymətdir. Bu, Baş nazirin oğlu Aşot Paşinyanın 2024-cü il martın 8-də rəsmlərindən ibarət sərgi təşkil etdiyi və Paşinyanın kilsələri “tullantı anbarı” adlandırmasından sonra divar fotolarının sosial şəbəkələrdə yayıldığı həmin mənzildir”. 

Müşfiq Abdulla 
“Cebheinfo.az