Qəzzada daha bir jurnalist öldü

Qəzzada daha bir jurnalist öldü

Fələstinli jurnalist Nurəddin Matar Abdu İsrailin Qəzza zolağına hücumu nəticəsində həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Qəzza hökumətinin media ofisindən verilən açıqlamaya görə, Qəzza şəhərinin şərqindəki Tuffah məhəlləsində İsrail ordusunun həyata keçirdiyi hücumda jurnalist Əbdünin həyatını itirdiyi açıqlanıb.

Məlumata görə, İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirən jurnalistlərin sayı 213-ə yüksəlib.

İsrail ordusu yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsi pozaraq, martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.İsrail ordusu yenidən hücumlara başladıqdan sonra əksəriyyəti qoca, qadın və uşaq olmaqla 2507 fələstinli həyatını itirib, 6711 nəfər isə yaralanıb.İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına etdiyi hücumlarda 52 653 fələstinli həyatını itirib, 118 752 nəfər isə yaralanıb.

Nigar Hacılı 
"Cebheinfo.az"