Maştağada şagirdlər arasında yol hərəkəti təhlükəsizliyi ilə bağlı sorğu keçirildi - FOTOLAR

“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi bildirir ki, 08.05.2025-ci il tarixində Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən C. Nurməmmədov adına 108 №-li tam orta məktəbdə “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin Fəaliyyət Planına əsasən interaktiv üsulla 30 nəfər şagird arasında anket-sorğusu keçirilib.
“Cebheinfo.az” QHT.az-a istinadən xəbər verir ki, tədbirin məqsədi şagirdlərin yol hərəkəti təhlükəsizliyi barədə bilik və anlayış səviyyələrini müəyyənləşdirmək, onlara piyada mədəniyyətini aşılamaq olub. Layihə çərçivəsində keçirilən tədbirdə C. Nurməmmədov adına 108 №-li tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Nəriman Məmmədzadə, TTDM-dən Əkbərova Zəhra və Abbasova Aynur müşahidəçi qismində iştirak ediblər.
“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi sorğunun keçirilməsi üçün əvvəlcədən hazırlıq işləri görmüş, suallar tərtib olunmuş və loqolu vərəqlər çap edilmişdi. Layihənin rəhbəri N.Nəcəfov sorğu iştirakçılarını suallarla tanış edib, cavab seçimləri üzrə istiqamət verib və yol hərəkəti təhlükəsizliyi qaydaları barədə izahlar təqdim edib. Sorğu iştirakçıları 20 dəqiqə ərzində anketləri cavablandırıblar. Sorğuda könüllülük prinsipi əsasında məktəbin VII "ç" sinif şagirdləri fəal iştirak ediblər.
Şagirdlər qeydlərində sorğunun maraqlı keçdiyini bildirərək, gələcəkdə yol hərəkəti təhlükəsizliyi ilə yanaşı, idman, davranış və digər mövzularda da interaktiv sorğuların keçirilməsini arzuladıqlarını qeyd ediblər.
Qeyd edək ki, şagirdləri qarşıda bu mövzuda yeni maraqlı tədbirlər gözləyir. Layihənin icrası Maştağa qəsəbəsində davam etdirilir.
“Cebheinfo.az”