Sabah Qələbə Paradı baş tutmayacaq? - Astroloqdan PROQNOZ

Sabah Qələbə Paradı baş tutmayacaq? - Astroloqdan PROQNOZ

Sabah Rusiyada 9 may - Faşizm üzərində Qələbə Günü ilə bağlı parad keçiriləcək. 

Bu tarixi zəfərin 80 illiyi Moskvada təntənəli şəkildə qeyd olunacaq. Böyük Vətən müharibəsindəki qələbəsindən sonra SSRİ hər il bunu qeyd etməyə başladı.  SSRİ dağıldıqdan sonra isə Rusiya da bu ənənəni davam etdirdi.

Bu il də zəfərin 80 illiyi münasibəti ilə Moskvada Qələbə Paradı keçiriləcək. Parada çox sayda dövlət və hökumət başçısı qatılacaq. Lakin sözügedən parad ərəfəsində Ukraynanın da Rusiyaya hücumları artıb. Belə ki, son günlərdə Ukrayna dəfələrlə Moskvanı hədəf alıb. 

Bu isə Rusiyada ciddi narahatlıq yaradır. Ruslar ukraynalıların Qələbə Paradına hücum edəcəyindən ehtiyatlanırlar. Bu səbəbdən də paradın keçiriləcəyi ərazidə və onun ətrafında təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. 

Bu iddia reallaşa bilərmi? Ukrayna həqiqətən Moskvada keçiriləcək Qələbə Paradına hücum edəcək?

Məşhur astroloq Səbuhi Rəhimli “Cebheinfo.az”-a açıqlamasında sabah Moskvada Qələbə Paradının baş tutacağını proqnozlaşdırdığını deyib: 

“Parada hansısa kənar müdaxilə və ya hücum olmayacaq. Parada əngəl olacaq səviyyədə bir hadisənin yaşanmayacağını deyə bilərik. Rusiya-Ukrayna sərhədində nə isə baş verə bilər, amma parad keçirilən ərazidə belə bir proses gözlənilmir. Nəzərə almaq lazımdır ki, sabah Moskvada parada hücum olsa, Rusiya Ukraynanı darmadağın edər. 

Hətta Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev də rəsmi Kiyevi hədələyib. O, 9 may Qələbə Paradının baş tutmayacağı təqdirdə, Ukraynanın 10 mayı görməyəcəyini deyib. Yəni, parada silahlı müdaxilə olmayacaq. Ora gedən qonaqlara və ya iştirakçılara qarşı hansısa təhlükə yaşanmayacaq”. 

Elmir Mustafa 
“Cebheinfo.az”