Türkiyədə yeni PUA sınaqdan çıxarıldı

Türkiyənin "Baykar" şirkəti tərəfindən hazırlanan "TEBER-83" pilotsuz uçuş aparatının sınağı uğurla həyata keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, məlumatı özünün "X" hesabında "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar paylaşıb.
Qeyd edək ki, "TEBER-83" pilotsuz uçuş aparatı idarə edilən raket sistemi vasitəsi ilə yerdə olan istənilən hədəfi güdərək dəqiq hədəfə ala bilir.
"Cebheinfo.az"