Sumqayıtda emalatxanada partlayış: Xəsarət alan var - YENİLƏNİB

Sumqayıtda baş verən partlayış səbəbilə mayın 7-də saat 22:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1997-ci il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
"Başın, boyunun və gövdənin I dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib. Pasiyent iltizamnamə əsasında ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.
***
10.40
Sumqayıtda emalatxanada partlayış olub.
"Cebheinfo.az" xəbər verir ki, hadisə "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.
Sobanın partlaması nəticəsində partlayış baş verib. Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"