Xatirə İslam: “İstəyərdim ki, gəlinim arzuladığım qız olsun” - VİDEO

Müğənni Xatirə İslam açıqlaması ilə diqqət çəkib.
"Cebheinfo.az" xəbər verir ki, "Gün ortası" verilişinə qonaq olan ifaçı oğlunun öz arzuladığı kimi qızla evlənməsini istədiyini bildirib:
"İstəyərdim ki, gəlinim arzuladığım qız olsun. Evdə mənə gözəl yeməklər hazırlasın, tez-tez çay süzsün... Bir də görürsən biri yazır ki, "Sən özün bayırdasan, özün belə geyinirsən, gəlinin niyə geyinməsin?" Mən geyinmişəmsə, gərək o da geyinsin? Axşam evə 12-də gəlirəm, gərək o da elə gəlsin. Nəyisə etmişəmsə, bu, o demək deyil ki, gəlin də etməlidir! Bunları edib, şərait yaratmışam".
Xatırladaq ki, Xatirə İslam Fəxrəddin adlı bəylə evlidir. Cütlüyün Emil adlı bir oğlu var.(BAKU.WS)
"Cebheinfo.az"