20 il ilan zəhəri ilə yaşayan şəxs insanları heyrətləndirdi

20 il ilan zəhəri ilə yaşayan şəxs insanları heyrətləndirdi

Amerikalı Tim Frid dünyanın ən ölümcül ilanları tərəfindən dişlənilməsi və ya onların zəhərinin damarlarına 200 dəfədən çox yeridilməsi ilə güclü bir immunitet formalaşdırıb.

“Cebheinfo.az” xəbər verir ki, o, 20 il ərzində bədəni ilə riskli təcrübələr həyata keçirib.

Fridin qanındakı anticisimlər indi 13 müxtəlif ölümcül ilan növünə qarşı təsirli anti-zəhərin əsasını təşkil edir.

Biotexnologiya şirkəti Centivax tərəfindən aparılan araşdırmada Fridenin qanında tapılan anticisimlərdən istifadə edərək üç fərqli toksin qrupundan qoruyan "antidot kokteyli" hazırlanıb.

Siçanlar üzərində aparılan sınaqlarda kokteyl 19 ilan növündən 13-ün ölümcül zəhərindən tam, qalanlarına isə qismən qorunma təmin edib.

Frid, komada olan dövrlər də daxil olmaqla, dəfələrlə həyatını riskə atıb.

O, açıqlamasında, "Bu, mənim üçün bir həyat tərzinə çevrildi. Uzaq ölkələrdə ilan sancmasından ölən insanların ağrılarına dözməyə dəyər. Bəşəriyyət üçün yaxşı bir şey etdiyim üçün fəxr edirəm. Bu, özlüyündə bir mükafatdır" deyib.

İlan zəhərinə qarşı mövcud dərmanlar yalnız müəyyən ilan növləri üçün təsirlidir. Lakin zəhər növlərinin coğrafi və genetik fərqliliyi səbəbindən bu günə qədər universal bir həll hazırlanmamışdır.

"Centivax" adlı biotexnologiya şirkətinin rəhbəri, immunoloq Ceykob Qlenvill, "Timin immun sistemi fövqəladədir. Onun antikorları universal antidot yaratmaqda mühüm rol oynaya bilər" deyə bildirib.

Hazırda tədqiqatlar neyrotoksinlər daşıyan mamba, kobra və taipan kimi növlərə diqqət yetirir. Amma növbəti addım gürzə kimi hematoksin daşıyan ilanlara qarşı oxşar immuniteti inkişaf etdirməkdir.

Əfsanə Rəcəb
“Cebheinfo.az”