SON DƏQİQƏ:Yeni Papa seçildi - XIV Leo               

SON DƏQİQƏ:Yeni Papa seçildi - XIV Leo               

Yeni Roma Papası seçilib.

"Cebheinfo.az” xəbər verir ki, bunu göstərən əlamət artıq var. Belə ki, Vatikanda Sikstin kapellasının bacasından ağ tüstü çıxır. Bu, yeni Papanın seçildiyini xalqa elan edir.

Qeyd edək ki, seçilmək üçün namizədlərdən biri səslərin üçdə ikisini (89 səs) toplamalı idi. Hələlik namizədlərdən hansının seçildiyi bəlli deyil.

Xatırladaq ki, Konklav səsvermənin ilk günündə yeni Roma Papasını seçə bilməmişdi. 

Yeni Papanın kimliyi bir saata elan oluna bilər. 

***

Yeni seçilən Papa ABŞ-dən olan 69 yaşlı Robert Francis Prevostdur. Tarixdə ilk dəfə ABŞ-li Roma Papası seçilir. O, özünə 14-cü (XIV) Leo adını götürüb.

Xəzər 
"Cebheinfo.az"