Tibb işçilərinin məzuniyyətləri ləğv edildi

Pakistan hökuməti Hindistanla müharibə olacağı təqdirdə paytaxt İslamabaddakı bütün tibb işçilərinin məzuniyyətini ləğv etdiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Pakistan Hindistanla mümkün müharibədən qorunmaq üçün paytaxtı İslamabadda fövqəladə vəziyyət elan edib.
Səhiyyə naziri Mustafa Kamal deyib ki, bütün həkimlər və tibb bacıları dərhal “vəzifələrinə başlamalıdırlar”.
Səhiyyə nazirinin bəyanatından sonra İslamabadda bütün xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirilib.
Nigar Hacılı
"Cebheinfo.az"