Rusiyada erməni iş adamı ilə bağlı insidentə görə 6 nəfər saxlanılıb - YENİLƏNİB

Areq Şepixinin oğurlanması ilə bağlı 6 nəfər saxlanılıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 3-də axşam saatlarında Moskva polisi Yaroslavl vağzalında ictimai rezonans doğuran insidentin 6 iştirakçısını saxlayıb.
Faktla bağlı araşdırma aparılır.
***
13:01
Çeçenistan hakimiyyəti erməni əsilli Areq Samveloviç Şepixinin qaçırılmadığını, saxlanıldığını açıqlayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Çeçenistanın milli siyasət naziri Əhməd Dudayev özünün Teleqram kanalında yazıb ki, Çeçenistan Daxili İşlər Nazirliyi dünən Yaroslavski dəmir yolu vağzalından “Mercedes” markalı avtomobilin yük yerində aparılan Şepixin ilə bağlı araşdırma aparır.
Dudayevin sözlərinə görə, həmin şəxs dəfələrlə etnik təmizləməyə və nasizmə çağırış edib, dini və Allahı təhqir edib, açıq-aşkar ekstremist fikirlər səsləndirib və azyaşlı uşaqları zorlamaq niyyətində olduğunu bəyan edib.
Yazıda qeyd olunur ki, Şepixinə qarşı Rusiya Cinayət Məcəlləsinin beş maddəsi, o cümlədən nasizmin reabilitasiyası, ekstremist fəaliyyətə çağırışlar, nifrət və ya düşmənçiliyin qızışdırılması, zorlama və Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə düşmənə yardım etmək kimi ittihamlar irəli sürülə bilər.
Dudayev Samveloviçin oğurlanması barədə yazan Telegram kanallarını da onun əməllərinə haqq qazandırdığı üçün cinayət işi ilə hədələyib.
"Cebheinfo.az"