Ukraynada dustaqlar da müharibəyə aparılır

Ukraynada cəzaçəkmə müəssisələrindəki məhkumların 20-30 faizini orduda xidmət etməyə aparacaqlar.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ədliyyə nazirinin müavini Yevgeni Pikalov “Ukrinform”a müsahibəsində danışıb.
"Bu gün 8300-dən çox məhkum Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulub, daha 1000 müraciətə baxılır. Biz 100 qadını da səfərbər etmişik. Əgər bu təşəbbüsün potensialından danışsaq, proqnozlarımıza görə, məhkumların ümumi sayının təxminən 20-30%-i Ukraynada bu imkandan istifadə edə və dövlətin müdafiəsinə qalxa bilər".
Pikalovun fikrincə, məhkumlar Rusiya təcavüzünün davam etdiyi şəraitdə silahlı qüvvələr üçün mühüm kadr ehtiyatına çevrilə bilər.
"Cebheinfo.az"