Ukraynaya 100 min PUA göndərəcək

Ukrayna və Rusiya arasında münaqişənin sona çatmaması üçün əlindən gələni edən Böyük Britaniya Kiyev administrasiyasına hərbi yardımı artırıb.
"Cebheinfo.az" xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi 2026-cı ilin aprelinədək Ukraynaya 100 min pilotsuz təyyarə tədarük edəcəyini açıqlayıb.
Bu rəqəm keçən il verilən pilotsuz təyyarələrin sayından 10 dəfə çoxdur. 350 milyon funt-sterlinqlik (473 milyon dollar) bu dəstək Böyük Britaniyanın Ukraynaya ayırdığı 4,5 milyard funt-sterlinq (6 milyard dollar) hərbi yardım paketinin bir hissəsidir.
"Böyük Britaniya yüz minlərlə pilotsuz təyyarə ilə təmin etməklə Ukraynaya dəstəyimizi artırırıq", - Böyük Britaniyanın müdafiə naziri Con Healey bildirib.
Kiel İnstitutunun məlumatına görə, Böyük Britaniya müharibə başlayandan bəri Ukraynaya 10,36 milyard avro (11,8 milyard dollar) hərbi yardım edib.
Baş nazir Keir Starmer mart ayında 5 000 hava hücumundan müdafiə raketinin alınması üçün əlavə 1,6 milyard funt-sterlinq (2,2 milyard dollar) ayrıldığını açıqlamışdı.
Nigar Hacılı
"Cebheinfo.az"