Abituriyentlərin nəzərinə: İmtahan nəticələri bu tarixdə açıqlanacaq

“Abituriyentlər imtahan nəticələrini imtahandan 1 gün sonra şəxsi kabinetlərində görə bilərlər”.
"Cebheinfo.az" xəbər verir ki, bunu DİM-in imtahanların Təşkili və İdarə Edilməsi departamentinin böyük məsləhətçisi Elşən Rəhimli Dövlət İmtahan Mərkəzinin jurnalistlər üçün qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə təşkil etdiyi mediatur zamanı deyib.
"İmtahan zamanı da abituriyentlərə nəticələri bildirilir. Həmçinin, onlar meyarlardan baxaraq özləri də nəticələrini müəyyənləşdirə bilərlər".
Elşən Rəhimli bildirib ki, abituriyentlər apellyasiyaya imtahandan sonra müraciət edə bilərlər.
"Biz apellyasiya zamanı abituriyentin videogörüntüsünə baxırıq və nəticəsini yenidən hesablayırıq. Təkrar imtahan üzrə müraciətlərə baxılmır".
Qeyd edək ki, 2025/2026-cı tədris ili üçün qabiliyyət imtahanlarında iştirak etmək üçün ali təhsil müəssisələrinin V ixtisas qrupuna aid ixtisaslar üzrə 29197, tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün 4600, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə 3981 olmaqla, ümumillikdə 36778 nəfər qeydiyyatdan keçib.
İmtahanlara iyunun 20-dən start verilib.
"Cebheinfo.az"