“Son zəng“də iştirak edən nazirdən gözlənilməz addım - VİDEO
Elm və Təhsil naziri Emin Əmrullayev Gəncədə keçirilən “Son zəng” tədbirində məzunların sevincinə qoşulub.
"Cebheinfo.az" xəbər verir ki, nazirin Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində baş tutan mərasimdə tədbir zamanı Emin Əmrullayev
11-ci sinif şagirdləri ilə birlikdə rəqs edib, məzunlarla səmimi anlar yaşayıb.
Onun məzunlarla rəqs etdiyi anları əks etdirən video sosial şəbəkələrdə yayılıb və maraqla qarşılanıb.
Gəncə şəhərində keçirilən “Son zəng” mərasimi şagirdlər üçün bayram ab-havasında davam edib.
Nigar
"Cebheinfo.az"

