Emin Əmrullayev məzunları təbrik etdi
Bu gün Azərbaycanda 2025-2026-cı tədris ili başa çatması ilə bağlı ümumi təhsil müəssisələrində "Son zəng" çalınacaq.
Bu tədris ilinin başa münasibətilə elm və təhsil naziri Emin Əmrullayev məzunları təbrik edib.
Nazir özünün "X" hesabında yazıb:
"Bu gün həyatınızın yeni bir mərhələsi başlayır. Geridə qoyduğunuz məktəb illəri sizə yalnız bilik deyil, həm də dəyərlər və həyatda doğru seçimlər etmək bacarığı qazandırdı. Bu yolda sizə böyük fədakarlıqla yol göstərən dəyərli müəllimlərimizə, övladlarının hər uğur və çətinliyində yanlarında olan əziz valideynlərimizə təşəkkür edirəm.
Müasir və güclü Azərbaycanın gələcəyi sizin bilik, bacarıq və intellektinizdən asılıdır. İnanıram ki, seçəcəyiniz peşədən asılı olmayaraq, hər biriniz ölkəmizin inkişafına dəyərli töhfə verəcəksiniz. Əziz məzunlar, sizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!"
Nigar Abdullayeva
"Cebheinfo.az"

