Mustafa Sandalın oğlu məzun oldu 

Mustafa Sandalın oğlu məzun oldu 

Türkiyənin məşhur müğənnisi Mustafa Sandalın oğlu Yaman liseyi bitirib.

"Cebheinfo.az" xəbər verir ki, 2018-ci ildə boşandığı keçmiş həyat yoldaşı Emina Jahoviç ilə birlikdə oğullarının “Məzun günü” tədbirində iştirak edən sənətçi bu xoş günü sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Mustafa Sandal “Məzun günü” tədbirində çəkilmiş fotonu paylaşaraq oğluna belə müraciət edib:

“Əziz oğlum Yaman “Məzun günü”nü də görmək bizə qismət oldu. Həyat yolunda daha bir mərhələni uğurla başa vurdun. Səninlə qürur duyuram, oğlum. Növbə sənindir, əziz Yavuzum”.

Paylaşım qısa zamanda izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Mustafa Sandal və Emina Jahoviç 2018-ci ildə ayrılıblar.

Onların Yaman və Yavuz adlı iki oğlu var.

Gülər 
"Cebheinfo.az"