Bu gün Beynəlxalq Albinizm haqqında Maarifləndirmə Günüdür

Bu gün Beynəlxalq Albinizm haqqında Maarifləndirmə Günüdür

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Maarifləndirmə Günüdür.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu tarix 2014-cü il dekabrın 18-də BMT-nin Baş Assambleyası tərəfindən təsis olunub. 

Beynəlxalq Albinizm haqqında Maarifləndirmə Günü 2015-ci ildən etibarən hər il qeyd edilir.
Albinizm anadangəlmə dəriyə rəng verən piqmentin olmaması ilə xarakterizə olunur.

Gülər
"Cebheinfo.az"