Kanada məşhur futbolçunu ölkəyə buraxmadı - Zorlama ilə ittiham olunur

Kanada məşhur futbolçunu ölkəyə buraxmadı - Zorlama ilə ittiham olunur

Qana millisinin və İspaniyanın “Vilyarreal” klubunun yarımmüdafiəçisi Tomas Parti 2026-cı il Dünya Çempionatının ilk turunda Panamaya qarşı keçiriləcək matçı buraxmaq məcburiyyətində qalacaq.

Bu barədə məlumatı nüfuzlu “The Athletic” nəşri yayıb.

Məlumata görə, buna səbəb Kanadanın ulduz futbolçunun ölkə ərazisinə girişinə qadağa qoymasıdır. Rəsmi Ottavanın bu qərarı idmançıya qarşı 5 fərqli zorlama epizodu üzrə açılmış cinayət işi ilə bağlıdır.

Xatırladaq ki, ötən ilin dekabrında saxlanılan 32 yaşlı yarımmüdafiəçi ittihamları rədd etsə də, viza qadağasından yayına bilməyib. Oxşar problemlə əlaqədar olaraq, bir qədər əvvəl ABŞ də Fələstin Futbol Assosiasiyasının rəhbərinin ölkəyə girişinə və mundiala gəlməsinə icazə verməmişdi.

"Cebheinfo.az"