Daha bir məntəqədə seçkinin nəticələri ləğv edilib

Daha bir məntəqədə seçkinin nəticələri ləğv edilib

Ermənistan Mərkəzi Seçki Komissiyası 12 saylı Ərazi Seçki Komissiyasının ərazisində yerləşən 12/13 saylı seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib.

“Cebheinfo.az”-ın məlumatına görə, qərarın qəbul edilməsi üçün əsas səsvermə günü bu ərazidə 8 nömrəli seçki bülleteninin olmaması göstərilib. 

Komissiyanın qərarına əsasən, aşkar edilmiş uyğunsuzluqların ümumi göstəricisi əsasında 12/13 saylı məntəqədə səsvermədə iştirak edənlərin sayının 809 nəfər olduğu müəyyən edilib.

Məhz sayla bağlı uyğunsuzluqlar müəyyən edildiyinə görə, bu seçki məntəqəsinin protokolunun bütün digər göstəriciləri komissiyanın qərarı ilə ləğv edilib.

Bu seçki məntəqəsi üçün materiallar prokurorluğa göndərilib.

Beləliklə, Ermənistanda 3 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”