Qadağan olunmuş məlumatları “TikTok”da yayan kişi - Həbs olundu

Qadağan olunmuş məlumatları “TikTok”da yayan kişi - Həbs olundu

“TikTok”da qeyri-etik informasiyalar yayan kişi saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, Səfayıl Əliyev Ağdamda polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.

Müvafiq qərarla S.Əliyev inzibati qaydada həbs edilib.

"Cebheinfo.az"