Maşını hasara çırpdı: Öldü

Paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib.
"Cebheinfo.az" xəbər verir ki, dünən saat 05:35 radələrində Elnur Rafiq oğlu Yüzbaşovun sükanı arxasında olduğu “VAZ-21074” markalı minik avtomobili Ələt qəsəbəsində idarəetmədən çıxaraq yol kənarındakı daş hasara və elektrik dirəyinə çırpılıb.
Ağır xəsarət alan sürücü Kliniki Tibbi Mərkəzə çatdırılsa da, vəfat edib.
Faktla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanaraq istintaq aparılır.
"Cebheinfo.az"