Moskvaya gedən Prezidentin təyyarəsi təcili Bakıya endi

Hərbi paradda iştirak etmək üçün Moskvaya yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya məcburi eniş edib.
Modern.az bu barədə Serbiyanın "Tanjuq" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Vuçiçin təyyarəsi Ukraynadakı müharibə və Rusiyanın hava məkanındakı hərbi əməliyyatlar səbəbindən Azərbaycana eniş etmək məcburiyyətində qalıb. Uçuşun davam etdirilib-etdirilməyəcəyi məlum deyil.
Xatırladaq ki, Rusiyanın bir sıra şəhərlərində hava limanları Ukrayna hücumlarına görə bağlanıb.
"Cebheinfo.az"