Cahit Bağçıya yüksək vəzifə VERİLDİ

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Cahit Bağçıya yeni vəzifə verilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, sabiq diplomat Türkiyə Prezidentinin Aparatında işləyəcək.
Türkiyə parlamentinin keçmiş deputatı olan Bağçı vitse-prezident Cevdet Yılmazın müşaviri olaraq işə başlayıb.
Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. Orta Doğu Texniki Universitetinin Sosiologiya fakültəsini bitirib. Doktorluq işini Böyük Britaniyanın Mançestr Universitetində müdafiə edib. 1988-ci ildə Dövlət Planlaşdırma Təşkilatının Sosial Planlaşdırma İdarəsində işləməyə başlayıb. Türkiyə Böyük Millət Məclisinə XXIII, XXIV və XXV çağırışlarda Çorumdan millət vəkili seçilib. Evlidir, 3 övladı var.
Qeyd edək ki, Bağçının Azərbaycandakı səlahiyyət müddəti ötən il başa çatıb. Onun əvəzinə Birol Akgün təyin edilib.
“Cebheinfo.az”