Azərbaycana 24 kilodan çox narkotik keçirmək istədilər - FOTOLAR

Mayın 29-da Xəzər dənizi ilə külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində ümumi çəkisi 24 kiloqram 270 qram nаrkоtik vasitə (23 kq 170 qram marixuana; 100 qram tiryək) aşkar olunaraq götürülüb.
Bildirilib ki, həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslan Respublikasına məxsus mühərriklə təchiz edilmiş “Yamaha-55” markalı “Layner” tipli qayıq 3 nəfər heyət üzvü ilə birlikdə Azərbaycanı ərazi sularını tərk etməyə cəhd göstərərkən saxlanılıb.
Araşdırma zamanı sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları – 1984-cü il təvəllüdlü Vahid Layği Sudif, 1985-ci il təvəllüdlü Xalid Yazdani Nurullah və 1986-cı il təvəllüdlü Monşinejat Tohid Nəriman olduğu müəyyən edilib.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
"Cebheinfo.az"