“Araz-Naxçıvan” onunla yollarını ayırdı

“Araz-Naxçıvan” onunla yollarını ayırdı

“Araz-Naxçıvan”dan bu yay ayrılan ilk futbolçu məlum olub.

"Cebheinfo.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Vadim Abdullayevlə başa çatan müqavilə yenilənməyib.

30 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yayından Naxçıvan təmsilçisində çıxış edirdi.

Qeyd edək ki, mövsümü 3-cü pillədə başa vuran “Araz-Naxçıvan” buna qədər baş məşqçi Elmar Baxşıyev, futbolçulardan Qara Qarayev, Slavik Alxasov, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla müqaviləni uzatmışdı.

"Cebheinfo.az"