Dünya çempionatı: Azərbaycanın cüdo millisi 1/8 finalda Almaniya ilə qarşılaşacaq

Dünya çempionatı: Azərbaycanın cüdo millisi 1/8 finalda Almaniya ilə qarşılaşacaq

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün qarışıq komanda yarışlarına start veriləcək.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan millisi 1/8 finada Almaniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan cüdoçuları dünya çempionatının fərdi yarışlarını 3 bürünc medalla başa vurublar. Milli üzvlərindən Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.

"Cebheinfo.az"