Qazaxda arpa biçininə başlanılıb - FOTOLAR

Cari ilin məhsulu üçün payızlıq və yazlıq olmaqla, Qazax rayonunda 11480 hektar sahədə taxıl əkilib. Bunun 6835 hektarı arpa, 4645 hektarı isə buğda sahəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax rayonunda da arpa biçininə start verilib. Biçinin optimal müddətdə başa çatdırılması, həmçinin təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib.
Hazırda rayonun Kəmərli, Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Daş Salahlı, Alpout, Ağköynək, Xanlıqlar kəndlərində dəmyə sahələrində əkilmiş arpa biçininə başlanılıb.
Bu günə kimi 6835 hektar arpa sahəsinin 1382,6 hektarında biçin həyata keçirilib. Sahələrə 15 kombayn cəlb edilib.
"Cebheinfo.az"