İtaliya A Seriyası klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb

İtaliya təmsilçisi "Fiorentina" baş məşqçisi Raffaele Palladino ilə müqavilə müddətini uzadıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mütəxəssisin yeni sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, R. Palladino ötən ildən "bənövşəyilər"i çalışdırır. Onun rəhbərliyi altında "Fiorentina" A seriyasında 35 oyunda 59 xal toplayaraq səkkizinci yerdə qərarlaşıb.
“Cebheinfo.az”