Azərbaycan nefti yenə ucuzlaşdı

Azərbaycan nefti yenə ucuzlaşdı

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 80,08 ABŞ dolları təşkil edib.

"Cebheinfo.az" xəbər verir ki, bu, 0,26 ABŞ dolları, yaxud 0,32% azalma deməkdir. 

Azərbaycan neftinin əvvəlki qiyməti 80,34 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

"Cebheinfo.az"