Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı bu il 1 %-dən çox artıb

Bu ilin mayın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 816,7 min təşkil edib.
"Cebheinfo.az" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 1,2 % çoxdur.
Yanvar-aprel aylarında aktiv ƏDV ödəyicilərinin sayı 3,8 % artaraq 54,8 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 2,6 % artaraq 223,1 min olub.
"Cebheinfo.az"