Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 20 %-ə yaxın artıb

Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 % artaraq bu il mayın 1-nə 20 795 olub.
"Cebheinfo.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, il ərzində aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 8,5 % artaraq 6 044-ə çatıb.
"Cebheinfo.az"