Almedanı “Survivor”dan diskvalifikasiya etdi - VİDEO

Türkiyənin məşhur yarışması “Survivor”da “Gönüllüler” komandasında yarışan Almeda Baylan diskvalifikasiya olunub.
“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, buna səbəb Almedanın yarışmadakı işçilərə şiddət göstərməsi olub.
Almeda bildirib ki, əsəbdən gözü dönüb və etdiyi işdən peşmandır. Lakin “TV8”in rəhbəri Acun Ilıcalı yarışmada Almeda ilə bağlı qərarını açıqlayıb:
“Bu, qəbuledilməz bir vəziyyətdir. İnsanlar adətən pis işlər görürlər və sonra gözünün döndüyünü deyirlər. Qəzəblənsəniz, həyatda bunun nəticələri ilə qarşılaşacaqsınız. Qiymətləndirməmizdə, bütün müsbət səylərimizə baxmayaraq, onun etdiklərini yüngülləşdirmək üçün heç bir şey tapa bilmədik. Görürük ki, sizin etdiyiniz iş birdən çox insana zorakılıq etmək idi. Bu, Survivor tarixində çox tez-tez rast gəlinən hadisə deyil. Bu kontekstdə verdiyimiz qərara əsasən, Almedanı Survivordan diskvalifikasiya edirik”.
"Cebheinfo.az"