“Titanik”də tapılan əşyaların satışına QADAĞA QOYULDU

“Titanik”də tapılan əşyaların satışına QADAĞA QOYULDU

“Titanik” gəmisinin qəzasından sonra tapılan 100-dən çox artefaktı - şəxsi əşyalar, valyuta, mətbəx əşyaları və mebelləri - hərraca çıxarmaq planı ABŞ hakimiyyət orqanlarının müqaviməti ilə qarşılaşıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məhkəmə sənədlərinə istinadən yazıb.

Agentliyin məlumatına görə, 1912-ci ilin aprelində Atlantik okeanında batan əfsanəvi gəmidən artefaktları bərpa etmək hüququna malik olan “RMS Titanic Inc.” şirkəti onları muzeylərdə və səyyar sərgilərdə nümayiş etdirməsini məhdudlaşdıran əvvəlki razılaşmalara baxmayaraq, bu əşyaları hərraca çıxarmaq niyyətindədir: 

"Milli Okean və Atmosfer Administrasiyası (NOAA) ABŞ-nin maraqlarını təmsil edir və batan əraziyə nəzarət edir. Agentlik iddia edir ki, belə bir satış RMS Titanic-in ərazi qarşısındakı qanuni öhdəliklərini pozacaq".

Qeyd olunur ki, şirkət on illərdir gələcək tədqiqatları maliyyələşdirmək və maliyyə çətinliklərini aradan qaldırmaq üçün artefaktların satışını təşkil etməyə çalışıb, lakin bu cəhdlər Amerika məhkəmələrinin, eləcə də mədəni irs təşkilatlarının və qurbanların qohumlarının güclü müqaviməti ilə qarşılaşıb.

Xəzər
“Cebheinfo.az”