Azərbaycanın ən yaşlı sakini indi ODUR - FOTO
Xəbər verdiyimiz kimi, Azərbaycanın ən yaşlı sakini vəfat edib.
Belə ki, Lənkəran sakini, 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizova bu gün müalicə aldığı Lənkəran rayon mərkəzi xəstəxanasında dünyasını dəyişib.
Azərbaycanın ən yaşlı sakini olan 136 yaşlı Tamam Əzizova xəstəxananın reanimasiya şöbəsində müalicə olunurmuş.
“Cebheinfo.az” xəbər verir ki, T.Əzizovanın vəfatından sonra Azərbaycanın ən yaşlı sakini Bari Nəbiyeva hesab olunur. Ağdaş rayonu Hapıtlı kənd sakini olan Bari Nəbiyeva 1900-cü il təvəllüdlüdür. Onun 126 yaşı var.
Sonrakı yerdə Qızpəri Əmrahova dayanır. Xaçmaz rayonunun Nağıoba kəndində yaşayan Qızpəri nənə 114 yaşındadır.
Xəzər
“Cebheinfo.az”

