Şimali Koreya nüvə proqramından geri çəkilmir

Şimali Koreya nüvə proqramından geri çəkilmir

Şimali Koreya lideri Kim Çen In ölkənin silah istehsalında istifadə olunan nüvə materiallarının istehsal gücünün son beş ildə iki dəfədən çox artdığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Kim Çen In yeni istifadəyə verilən nüvə materialı istehsalı müəssisəsinə səfəri zamanı uzunmüddətli istehsal planları ilə bağlı məlumat alıb.

Ölkəsinin nüvə proqramı ilə bağlı qiymətləndirmələr aparan Kim bildirib ki, Şimali Koreyada silah istehsalında istifadə olunan nüvə materiallarının istehsal imkanları beş il əvvəlki dövrlə müqayisədə iki dəfədən artıq genişlənib.

O vurğulayıb ki, ölkənin “nüvə müharibəsini çəkindirmə qabiliyyətinin” həm keyfiyyət, həm də kəmiyyət baxımından gücləndirilməsinə ehtiyac getdikcə artır.

Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA tərəfindən yayılan fotolarda Kimin sentrifuqa zalı olduğu ehtimal edilən obyektin dar dəhlizlərində gəzdiyi görünür.

Məlumata görə, lider müəssisədə istehsal prosesləri və gələcək inkişaf planları ilə də tanış olub.

Nigar Hacılı 
"Cebheinfo.az"