Cəlilabadda ağır qəza: Xəsarət alanlar var - FOTOLAR - YENİLƏNİB

Cəlilabadda ağır qəza: Xəsarət alanlar var - FOTOLAR - YENİLƏNİB

Cəlilabad rayonu ərazisində 04.06.2026-cı il tarixində saat 14:00 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (3-ü kişi, 2-si qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilən 4 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Xəsarət alan 1994-cü il təvəllüdlü şəxs (kişi) dərhal cərrahi əməliyyata alınıb. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

***

14:19

Cəlilabadda yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Alar kəndinin girəcəyində qeydə alınıb.
Biləsuvar rayonu istiqamətində hərəkətdə olan "Kia" markalı minik avtomobili qarşıdan gedən "Zil" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində "Zil" yol kənarına aşıb.

İlkin məlumata görə, bir neçə nəfər xəsarət alaraq rayon xəstəxanasına hospitalizasiya olunub.

"Kia"da olanların toya getdikləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"