Heydər Əliyev prospektində qəza tıxac yaratdı
Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən prospektin hər iki istiqamətində sıxlıq yaranıb.
Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Gülər
"Cebheinfo.az"

